Millinin üzvü 29 yaşında futboldan getdi

14:14 - 10 Yanvar 2017

Belçika millisinin üzvü Entoni Vanden Borre kayerasını başa vurub. 

 

Sportal.az xəbər verir ki, "Anderlext"in 29 yaşlı üzvü bu barədə özü yerli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, ardıcıl aldığı zədələrə görə belə bir qərar qəbul edib. 

 

"Anderlext" rəsmiləri isə futbolçunu qərarından vaz keçmək üçün çalışacaqlarını açıqlayıblar. 

 

Qeyd edək ki, 2004-cü ildən Belçika millisinə dəvət alan Vanden Borre karyerası ərzində "Fiorentina", "Cenoa" və "Genk" kimi komandalarda forma geyinib.

 

Xəbər xətti