Bundesliqanın ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniya bundesliqasında 2016/2017-ci il mövsümünün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ən yaxşı adına Dortmund "Borussiya"sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb. 27 yaşlı qolçu bundesliqada oynayan 238 futbolçu arasında keçirilən sorğunun nəticələrinə əsasən 1-ci olub. O, ümumi səslərin 33,1 faizini toplayıb.

 

İkinci pilləsin sahibi 23.1 faiz səslə "Leyptsiq"in futbolçusu Emil Forberg olub. "Bavariya"nın futbolçusu Robert Levandovski isə 14.3 faiz səslə 3-cü olub.

Tarix: 10 Yanvar [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 May 2017
30  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio