"Neftçi"nin futbolçusu I Divizion klubunda

00:29 - 12 Yanvar 2017

"Səbail" altıncı transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, birinci divizionun debütantı Eltun Yaqublunu heyətinə qatıb. 24 yaşlı müdafiəçi "Neftçi" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Eltun Yaqublu bunadək "Neftçi", AZAL və "Qarabağ" klublarının şərəfini qoruyub O, eyni zamanda U-17 və U-19 millilərimizin də formasını geyinib. 

 

Xatırladaq ki, "ağ-qaralar" Orxan Qurbanlını da "Səbail"ə icarəyə verib.

Xəbər xətti