Estoniyalı bombardir Premyer Liqamıza gəlir?

14:38 - 13 Yanvar 2017

Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu haqda Polşa mətbuatına açıqlamasında estoniyalı futbolçunun agenti Andrey Stepanov söyləyib. Agent bildirib ki, onun xidmətində Azərbaycan və Qazaxıstan klubları maraqlıdır:

 

“Müqavilə mövsümün sonunda başa çatır. Təkliflər var. Azərbaycan və Qazaxıstan klubları Konstantin üçün rəqabət aparırlar. Vasilyevi həmin ölkələrdə aylıq 20-30 min avro maaş qane edər. “Yagelloniya”nın indiki şərtləri deyərdim ki, münasib deyil. Buna görə də təklifləri nəzərdən keçirə bilərik”.

 

Qeyd edək ki, “Yagelloniya” Polşa Ekstraklasasında 39 xalla liderdir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının əsas fiqurlarından biridir. O, bu mövsüm 10 qol vurub və 9 assist edib. 

Xəbər xətti