Nikolas Kanalesin yeni klubu müəyyənləşdi

13:34 - 14 Yanvar 2017

"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, karyerasını vətənində davam etdirəcək. Belə ki, 31 yaşlı forvard Çilinin "Deportes Temuko" klubu ilə razılıq əldə edib. Tərəflər arasında rəsmi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kanales 2012/2013, 2014/2015, və 2016-cı illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 66 oyunda 38 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti