Kardoso "Neftçi"yə qoşuldu

13:13 - 16 Yanvar 2017

"Neftçi"nin Paraqvay millisinin sabiq üzvü Ramon Kardosoya təklif göndərdiyi haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, forvard baxışdan keçmək üçün "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılıb. 30 yaşlı futbolçu məşqçilər korpusunu razı sala bilsə, "ağ-qaralar"la müqavilə bağlayacaq.


Qeyd edək ki, Kardosonun son iş yeri ölkəsinin "Deportivo Kapiata" klubu olub. 30 yaşlı hücumçu vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoria Setubal" və "Moreyrense" klublarında forma geyinib.

Xəbər xətti