Məşhur futbolçu məşqçiliyə başladı

16:20 - 20 Yanvar 2017

Ukrayna yığmasının sabiq hücumçusu Andrey Voronin məşqçilik karyerasına başlayıb.

 

Sportal.az xəbər verir ki, Voronin məşqçi kimi ilk fəaliyyətinə Almaniyada başlayacaq. O, Almaniyanın həvəskar klubu “Byuderix”lə anlaşıb.

 

Bu klub bir neçə gün əvvəl baş məşqçi Dirk Hausvaldı istefaya göndərmişdi. “Byuderix” Şimali Reyn-Vestfaliya federal torpaqlarının regional liqasında çıxış edir. Komanda 19 turdan sonra 7-ci pillədə qərarlaşıb.

 

Voronin baş məşqçi kimi ilk rəsmi oyununa martın əvvəlində çıxacaq.

 

Xatırladaq ki, Voronin karyerası ərzində "Borussiya" (Münhenqladbax), "Maynts", "Köln", "Bayer", "Liverpul", "Herta" və "Dinamo" (Moskva) kimi klublarda çıxış edib.

 

Xəbər xətti