Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

00:17 - 24 Yanvar 2017

Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Kovilya” ilə qarşılaşıb.

 

Budaqın start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.

 

Qeyd edək ki, 23 turdan sonra hesabında 26 xal olan “Sportinq B” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti