Prosineçkinin agenti: "AFFA ilə danışıqlarımız davam edir"

14:17 - 24 Yanvar 2017

Türkiyənin "Bursaspor" klubu boş qalan məşqçi postuna millimizin baş məşqçisi Robert Prosineçkini gətirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, yayılan məlumata görə, klub rəsmiləri Yüksəl Çolak və Hüseyn Çolak xorvatiyalı mütəxəssisi razı salıb. İndi "Bursaspor" tərəfi AFFA-dan cavab gözləyir.

 

Məsələ ilə bağlı açıqlama verən Prosineçkinin agenti Yaşar Çalışar deyib: "Bursaspor" məsələyə çox peşəkar yanaşır. Prosineçki də bu təklifi isti qarşılayır. Ancaq heç kimi də qırmaq istəmir. AFFA ilə danışıqlarımız davam edir. İddia edildiyi kimi, sözləşmədən qaynaqlanan təzminat əngəli yoxdu. Martda Azərbaycanın Almaniya ilə oyunu var. Həmin matça qədər Prosineçki həm "Bursaspor"u, həm də Azərbaycan millisini çalışdıra bilər. Bu, mənim təklifimdi. Tərəflər məsələyə çox isti baxır. Prosineçki Türkiyə futbolu ilə bağlı çox məlumatlıdır. "Bursaspor" rəsmilərinin diqqətini çəkən də bu məqamdı. Bu gün və ya sabah bir nəticəyə gələcəyik. İşin alınması 50 faizə bərabərdi".

 

Xəbər xətti