"Şahdağ" "Qaradağ Lökbatan"ı məğlub etdi

18:54 - 24 Yanvar 2017

Mövsümün ikinci yarısına hazırlaşan "Şahdağ" bu gün sonuncu yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, Qusar təmsilçisi "Qaradağ Lökbatan"ın qonağı olub. Görüş qonaqların 2 - 1 hesablı qələbəsi ilə nəticələnib.
 
Qeyd edək ki, şimallılar buna qədər AZAL-ın U-19 (6:0), "Neftçi" əvəzedici komandasını (2:1) məğlub etmiş, "Sumqayıt" əvəzedici heyəti ilə bərabərə qalmışdı (2:2).

Xəbər xətti