Ronaldonun halı pisləşdi, "Lamborghini"sini evakuator apardı FOTO

14:46 - 25 Yanvar 2017

İspaniya La Liqası çərçivəsində keçirilən "Real" - "Malaqa" (2:1) matçından sonra birincilərin futbolçusu Kriştiano Ronaldo xoşagəlməz durumla qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, ulduz oyunçu qarşılaşmadan sonra sevgilisi ilə birlikdə evə gedərkən özünü yaxşı hiss etməyib.

 

Ayağında ağrılar hiss edən portuqaliyalı maşını idarə etmək gücündə olmayıb və təcili tibbi yardıma ehtiyac duyub. Nəticədə o, evə ambulansla yollanmalı olub.

 

Ronaldonun "Lamborghini" markalı avtomobili isə evakuator vasitəsi ilə daşınıb.

 

 

Xəbər xətti