"Barselona" Messiyə fantastik maaş təklif etdi

19:19 - 25 Yanvar 2017

"Barselona" Lionel Messi ilə müqavilənin uzadılmasına dair razılığa gəlib. 

 

Sportal.az xəbər verir ki, klubun təklif etdiyi maaş argentinalı hücumçunu qane edib. Belə ki, Kataloniya təmsilçisi ulduz futbolçuya ildə 40 milyon avro məvacib təklif edib. "Barselona"nı təklifi bu həddə yüksəltməyə rəqiblərinin "tanqoçu"ya olan marağı vadar edib.

 

Qeyd edək ki, Lionel Messinin hazırkı anlaşması 2018-ci ilin yayınadək nəzərdə tutulub. Anlaşmada onun başqa kluba keçid haqqı isə 250 milyon avro göstərilib.

Xəbər xətti