"Sumqayıt"dan növbəti transfer

19:54 - 27 Yanvar 2017

"Sumqayıt" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" 1994-cü il təvəllüdlü dayaq yarımmüdafiəçisi Fərhad Qıstarovu heyətinə qatıb. Əslən Balakən rayonundan olan adıçəkilən futbolçu klubla 1,5 illik müqavilə imzalayıb. Fərhad "Sumqayıt" FK-da 20 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.

Xəbər xətti