Vidadi Rzayev: "Bu yaşda oxumaq çətin oldu"

19:35 - 30 Yanvar 2017

Vaxtilə futbolçu indi isə məşqçi kimi “Kəpəz”in uğurları üçün çalışan Vidadi Rzayev və Vasif Vəliyev A kateqoriyasına layiq görülüb. UEFA-nın müvafiq məşqçi kurslarına qatılan hər iki mütəxəssis imtahanların nəticəsinə əsasən, kateqoriyasını daha bir pillə artırıb. 

 

Sportal.az xəbər verir ki, hər iki məşqçi A kateqoriyası alması ilə bağlı klubun saytına açıqlama verib:

 

Vidadi Rzayev: “Bu yaşda oxumaq çətin oldu. Şükürlər olsun ki, sınaqdan üzüağ çıxdıq, imtahanları alman mütəxəssis götürdü. Arzulayıram ki, bunun davamı gəlsin və PRO alaq. Onu deyim ki, öyrəniləsi çox şey var. Kursda oyun məşqləri, analizləri, bərpa müddətləri və digər məsələlər ön planda idi. Yeniliklər çoxdu, futbol daim inkişaf edir. Ona görə də bunların hamısını bilmək lazımdı. Bu gün oxumaq, öyrənmək vacibdi. Futbol oynamaq ayrı, məşqçilik tamam başqa işdi. Sonda bizə hərtərəfli dəstək olan klub rəhbərliyinə də minnətdarlığımı bildirirəm”. 

 

Vasif Vəliyev: “AFFA-nın təşkil etdiyi kateqoriya kursları birbaşa məşqçilərin savadının artırılmasına xidmət edir ki, bu da müsbət haldı. Odu ki, qurumun bu yöndə fəaliyyətini yüksək qiymətləndirirəm. Məşqçilər kateqoriyalarını artırdıqca, futbol görüşləri də yüksəlir. Bizim də məqsədimiz öyrəndiklərimizi gənc futbolçularla bölüşmək, bildiklərimizi onlara öyrətməkdi. Yetirmələrimizin daha güclü, səviyyəli oyunçu kimi yetişməsinə kömək etməyə çalışacağıq”. 

 

4 mərhələdən ibarət olan A kateqoriyalı kurslar fasilələrlə 2 ay davam davam edib. Məşqçilər 3 ildən sonra lisenziyalarını yeniləməlidilər.

Xəbər xətti