Fransalı hücumçu "Zirə"də

00:07 - 31 Yanvar 2017

“Zirə” qış transfer dönəmində daha bir futbolçu ilə müqavilə imzalayıb.


Sportal.az xəbər verir ki, "qartallar" hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqareni heyətinə cəlb edib. Forvardla ilyarımlıq müqavilə imzalanıb.

 

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib. 

 

Qeyd edək ki, "Zirə" daha öncə Sadiq Quliyev və Akim Latifunu transfer etmişdi. 

 

Xəbər xətti