"Fənərbaxça" onları əfv etdi

16:20 - 2 Fevral 2017

Türkiyənin "Fənərbaxça" klubu əsas komandadan uzaqlaşdırdığı Emanuel Emenike və Van der Vieli bağışlayıb.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu bu gün əsas komanda ilə məşqlərə başlayıblar. Qeyri-stabil çıxışa görə baş məşqçi Dik Advokat tərəfindən heyətdən kənarlaşdırılan futbolçuların qarşıdakı turlarda rəsmi matçlarda iştirak edə biləcəyi gözlənilir. 


Qeyd edək ki, qış transfer dönəmində hər iki futbolçuya yeni klub tapmaq tapşırığı verilmişdi. Həmin vaxt Emenike Moskva "Spartak"ı ilə danışıq aparsa da, keçidi son anda baş tutmamışdı.

 

Xəbər xətti