Millimizin üzvü dubl etdi, komandası 12:0 hesablı qələbə qazandı

12:12 - 9 Fevral 2017

Azərbaycan yığmasına bir müddətdir ki, dəvət almayan Tuğrul Eratın çıxış etdiyi “Duysburq” klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər, Eratın komandası “Hamborn”la üz-üzə gəlib. “Duysburq” rəqibini 12:0 hesabı ilə mğlub edib. Start heyətində yer alan Erat oyunu əvəzlənmədən keçirib. 24 yaşlı yarımmüdafiəçi görüşdə iki qol vurub.

 

Erat 17 və 41-ci dəqiqələrdə fərqlənib.

Xəbər xətti