Azarkeşlərdən Şahin Diniyevə dəstək

00:54 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVII turunda "Sumqayıt"ın qonağı olan "Kəpəz" meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

 

Sportal.az xəbər verir ki, məğlubiyyətə baxmayaraq, gəncəli azarkeşlər komandanın baş  məşqçisi Şahin Diniyevə dəstək olublar.

 

Belə ki, qarşılaşmadan sonra fanatlar Diniyevlə görüşüb. Bu zaman azarkeşlər ona inandıqlarını, uğursuz nəticələrdə belə, baş məşqçinin yanında olduqlarını söyləyiblər.

 

Daha sonra dəstək məqsədi ilə azarkeşlər təcrübəli mütəxəssisi alqışlarla yola salıblar.

 

Qeyd edək ki, "Kəpəz" qış fasiləsindən sonra keçirdiyi hər üç oyunda məğlub olub.

Xəbər xətti