Eddi İsrafilovlu "Kadis" səfərdə məğlub oldu

15:33 - 12 Fevral 2017

İspaniya ikinci liqasında 25-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Kadis" səfərdə "Xetafe" ilə qarşılaşıb və bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:3.

 

İsrafilov bu görüşün 53-cü dəqiqəsində, hesab 1:2 olarkən çıxıb.

 

"Kadis" 25 turdan sonra 40 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti