Millimizin rəqibi Yeni Zelandiya ilə qarşılaşacaq

11:24 - 14 Fevral 2017

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində millimizlə matç öncəsi yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Maykl Onilin rəhbərlik etdiyi komanda Yeni Zelandiya ilə qarşılaşacaq. Okeaniya təmsilçisi ilə matç millimizlə oyundan 8 gün əvvəl - iyunun 2-i keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u oynanılacaq. İlk oyunda britaniyalılar millimizi 4:0 hesabı ilə darmadağın etmişdi.

Xəbər xətti