Sabiq "Real"lı klubsuz qaldı

00:19 - 15 Fevral 2017

Fransa millisinin üzvü Lassana Diarra klubsuz qalıb. 

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi "Marsel" klubundan qovulub. Belə ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun karyerasını hansı klubda davam etdirəcəyi hələlik müəyyənləşməyib. 

 

Qeyd edək ki, Lassana Diarra karyerası ərzində "Çelsi", "Arsenal" və "Real" kimi klubların formasını geyinib. 

Xəbər xətti