Ziya Əzizovlu "Den Boş" heç-heçə etdi

00:58 - 18 Fevral 2017

Hollandiya I Divizionunda 26-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" səfərdə "Oss"un qonağı olub. Qarşılaşa 1 - 1 hesablı bərabərliklə başa çatıb.
 
Ziya bu görüşə də start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Den Boş" 26 turdan sonra 33 xalla 20 komanda arasında 13-cüdür.

Xəbər xətti