Paytaxt klubları üz-üzə, "Bakcell Arena"da əzəli rəqiblərin dueli

13:42 - 18 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 oyun baş tutacaq. 

 

“Qarabağ” və “Qəbələ”dən uzaq düşmək istənəyən “İnter” doğma meydanda “Zirə”ni qəbul edəcək. 4-cü pillə uğrunda mübarizə aparan “Zirə” oyunda qalib gəlməlidir.  Ayxan Abbasovun gəlişindən sonra 4 oyuna 7 xal toplayan “qartallar” qələbə qazanaraq avrokubok iddialarını davam etdirmək istəyir. Ötən turda AZAL-a qalib gələrək özünə gələn “İnter” qələbə seriyasının ardını gətirmək niyyətindədir. Paytaxt klubularının bu mövsüm qarşılaşdığı hər iki oyun 1:1 hesablı heç-heçə ilə bitib. 

 

Statistika: Meydan sahibi komanda heç vaxt uduzmayıb. Cari mövsümdə hər iki matç eyni - 1:1 hesablı heç-heçə ilə nəticələnib. “İnter” 4 oyundu meydanı qolsuz tərk etmir.
İnter - Zirə: 6 oyun, 1 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət, top fərqi 4-4.

 

 

Günün ikinci oyunu da paytaxtda baş tutacaq. Zəngin tarixə malik olan klubların duelində “Neftçi” “Kəpəz”i qəbul edəcək. Qış fasiləsindən sonra ardıcıl məğlubiyyətlər alan “Kəpəz” “qara zolaq”dan çıxmaq və 7-ci pillədən qurtulmaq üçün çətin səfər qarşılaşmasında qalib gəlməlidir. Şahin Diniyevin yetirmələri bunu bacarsa, komandada özünəinam hissi yaranacaq və yenidən 4-cü pillə uğrunda mübarizə aparmaq imkanı olacaq. Yenilənmiş “Neftçi” isə qış fasiləsindən sonra göstərdiyi oyunla azarkeşlərinin ürəyinə yol yapdı. “Ağ-qaralar”ın nümayiş etdirdiyi oyun və qazandığı nəticələr komandanın şansını artırıb. Avrokuboklara vəsiqə əldə etmək niyyətində olan “Neftçi” ardıcıl 3-cü qələbəni hədəfləyib. “Zirə” və “Sumqayıt”ı izləyən Elxan Abdullayevin komandası “Kəpəz” üzərində qələbə qazanmaqla şansını artıracaq.

 

Statistika: Son iki oyunda meydan sahibi olan tərəf 2 cavabsız qolla qalib gəlib. Meydan sahibi olan komanda ardıcıl 5 oyunu qolsuz tərk etməyib.
Neftçi - Kəpəz: 45 oyun, 21 qələbə, 7 heç-heçə, 17 məğlubiyyət, top fərqi 69-43.

 

Xəbər xətti