"Barselona" "Arsenal"ın futbolçusuna "elçi düşdü"

18:55 - 22 Fevral 2017

"Barselona" Aleyş Vidalın zədələnməsindən sonra sağ cinah müdafiəçisi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi axtardığı futbolçunu İngiltərə Premyer Liqasında tapıb. "Mundo Deportivo"nun xəbərinə görə, La Liqa nəhəngi "Arsenal"ın ispan müdafiəçii Hektor Bellerinə "elçi düşüb".

 

"Barselona" 2011-ci ildə maraqlandığı, lakin transfer edə bilmədiyi futbolçunun keçidini qısa müddət ərzində həll etmək istəyir.

 

Qeyd edək ki, Bellerin bu mövsüm "Arsenal"ın heyətində Premyer Liqada 20 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti