Pavel Paşayev 90 dəqiqə oynadı

00:33 - 26 Fevral 2017

Ukrayna Premyer Liqasında 19-cu turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" növbəti matçına çıxıb. Səfərdə Donetsk "Olimpik"i ilə qarşılaşan Kamiensk təmsilçisi qolsuz bərabərə qalıb.
 

P.Paşayev start heyətdə meydana daxil olub və əvəzlənməyib.
 
Qeyd edək ki, "Stal" 19 oyundan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti