"Neftçi" AZAL-ı, "Zirə" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

19:50 - 27 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçı Şüvəlanda baş tutub. AZAL öz meydanında “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.

 

Digər qarşılaşma isə Zirədə oynanılıb. Qəsəbənin eyniadlı komandası “Sumqayıt”la üz-üzə gəlib. Bu matç isə meydan sahiblərinin 1 - 0 hesablı qalibiyyətiylə yekunlaşıb. 

 

Azərbaycan Premyer Liqası

XX tur

27 fevral (bazar ertəsi)

 

15:30 AZAL – “Neftçi”  0:1

Qol: Daniel Seqovia, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena

 

18:00 “Zirə” – “Sumqayıt” 1:0

QOL: Riçard Qadze, 35
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti