Tərlan Əhmədov: "Samuray yox, lap qladiatorlar da gətirsəz çətin məsələdi" MÜSAHİBƏ

17:48 - 27 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunun ilk matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib.
 
Sportal.az
xəbər verir ki, qarşılaşma "Neftçi"nin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. İlk hissədə komandamdan razı qalmadım. Amma ikinci yarının son 20-25 dəqiqəsi rəqibi təzyiq altında saxladıq. Yenə də hücum xəttindəki problemlər və müdafiədəki bir səhv bizi 3 xaldan məhrum etdi. Amma ümumilikdə futbolçular döyüşdülər, mübarizə apardılar. Çalışdıq ki, rəqibi sürətli hücumlarda yaxalayaq. Amma son ötürmələrdə bizdə problemlər yaranır. Artıq finişə yaxınlaşırıq. Cəmi 8 tur qalıb. Yeni gələn futbolçular çox xoşuma gəldi. Samir Məsimov və Mehdini çox bəyəndim. Hər ikisindən razı qaldım. Amma yenə də hücum xəttini gücləndirməliyik. Komandanın gücünə inanıram. Qarşıdakı turlarda dönüş edə biləcəklər.

 

- Vaqif Cavadovun oyunundan razı qaldız?

- Vaqif hələ ki, optimal formasından çox uzaqdı. Amma onun təcrübəsinə ümid edərək komandaya cəlb etmişik. Fikiki durumu çox zəifdi. 30-40 faiz hazırdı.

 

- Dediz ki, komandam döyüşdü. Amma döyüşməyə görə xal vermirlər...

- Sizin kimi məni də bu düşündürür. Mən həmişə futbolçularımdan gözəl futbol tələb edirəm. Amma bu gün isə onlara dedim ki, futbol yox, nəticə qazanın. Nə qədər yaxşı oynasaq da, qollar buraxırıq.Bu ilki heyətimiz ötənilkindən potensial cəhətdən üstündü. Amma nəticə yoxdu. Bunun da çox səbəbləri var. Komandaya yeni gələn futbolçuların oyunun əvvəlində, ilk hissənin son dəqiqəsində eyni vərəqə ilə cəzalandırılıb meydandan qovulursa, bu sizə asan gəlməsin, dostum. Bunlar futbolçularaın psixologiyasına təsir edir. Birinci turda sayılmayan qolumuz, qış fasiləsindən sonra başımıza gələn hadisələr. Hər halda mən baş məşqçi olaraq futbolçuları bu psixoliji durumdan çıxara bilmədim. Hər dəfə eyni ssenari ilə qarşılaşacaqları qorxusu ilə meydana çıxırlar. Futbolçulara tapşırmışam ki, hakimin qərarlarına reaksiya verməsinlər. Amma özlərindən asılı deyil. Son üç ildə ilk dəfə həftəlik məşq proqramını dəyişmişdim. Bu düşdüyümüz psixoloji durumla bağlıdı. Tounkara qorxa-qorxa oynayır. Qırmızı vərəqə pis təsir edib. Biz büdcədə hamıdan geri qalırıq. Turnir cədvəlinin son pilləsində olmağımız və üstəlik bizə qarşı olan səhvlərdən sonra samuraylar yox, lap qaladiatorlar da gətirsəz çətin məsələdi.

Xəbər xətti