Ağabala Ramazanov hazırdı

13:53 - 28 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ" doğma azarkeşləri önündə "İnter"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşmada "Kəpəz"lə matçda zədələnən Ağabala Ramazanov iştirak edə bilər. Əldə etdiyimiz məlumaya görə, gənc oyunçu artıq zədəsini sağaldıb və Qurban Qurbanov şans verəcəyi halda, meydanda olacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı saat 18:00-da start götürəcək.

Xəbər xətti