İtaliya kuboku: Roma derbisini "Latsio" qazandı VİDEO

10:22 - 2 Mart 2017

İtaliya kubokunun yarımfinal mərhələsi davam edir

 

Sportal.az xəbər verir ki, ikinci yarımfinal oyununda Roma derbisi olub. Paytaxtın Olimpiya stadionunda “Latsio” və “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma nominal meydan sahiblərinin - “Latsio”nun qələbəsiylə nəticələnib. Simone İnzaqinin yetirmələri cavab oyunundan öncə sərfəli sayılan 2:0 hesablı qələbəyə seviniblər.

 

Xatırladaq ki, digər yarımfinal oyununda “Yuventus” evdə “Napoli”ni 3:1 hesabıyla məğlub edib.

 

Yarımfinalın hər iki cavab oyunu aprelin 5-də keçiriləcək.

 

İtaliya kuboku, yarımfinal, ilk oyun

 

Latsio - Roma 2:0

Qollar: Milinkoviç, 30, İmmobile, 78.

 

Xəbər xətti