Qvardiola: "Şeyx Mənsur uzun müddət burda qalmağımı istəyir"

12:12 - 2 Mart 2017

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcək karyerasından söz açıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı "şəhərlilər"in sahibi olan Şeyx Mənsurun ona etimad göstərdiyini bildirib:

 

“Şeyx Mənsur mənim "Mançester Siti"də uzun müddət qalmağımı istəyir. Amma nəticə olmasa, bu, mümkün deyil, hər şey komandanın göstərdiyi nəticədən asılı olacaq. Rəhbərlik uğur qazanmaq üçün mənə hər cür dəstək verməyə hazırdı”.

 

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

Xəbər xətti