“Qarabağ” cərimələndi

14:53 - 2 Mart 2017

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

 

Sportal.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqanın 20-ci turunun “Qarabağ” – “İnter” matçının  86-cı dəqiqəsində Ağdam  klubunun azarkeşlərinin meydançaya kənar əşyalar atması səbəb olub.

 

AFFA buna görə “Qarabağ”ı 1600 manat məbləğində cərimələyib.

Xəbər xətti