"Sumqayıt" Rail Məlikovun xidmətindən məhrum oldu

18:44 - 3 Mart 2017

Sabah Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

 

Sportal.az-ın məlumatına görə, "kimyaçılar" "Qarabağ" önünə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın təcrübəli müdafiəçisi Rail Məlikov sözügedən matçda iştirak etməyəcək. 32 yaşlı futbolçu komandanın bugünkü məşqində iştirak etməyib.

 

Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 16:00-da start götürəcək.

Xəbər xətti