Qaret Beylin cəzası açıqlandı

18:55 - 3 Mart 2017

İspaniya La Liqasının XXIV turunda “Las Palmas”la görüşdə rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alan Madridin “Real” klubunun futbolçusu Qaret Beylin cəzası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Beylə iki oyunluq cəza verib. Uelsli futbolçu “Eybar”la səfər, “Betis”lə isə doğma meydan matçında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Real” – “Las Palmas” oyunu 3:3 hesablı bərabərliklə başa çatmışdı.

Xəbər xətti