Ançelotti: "Onun nəyə qadir olduğunu deməyə ehtiyac yoxdu"

00:36 - 4 Mart 2017

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Bundesliqada “Köln”ə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italyan çalışdırıcı komandanın əsas heyət üzvü adlandırdığı Frank Riberi haqqında da danışıb:

 

“Hazırda çox yaxşı formadayıq. Demək olar ki, zədəli futbolçularımız yoxdu. Əgər biz “Arsenal”, “Hamburq” və “Şalke”yə qarşı oynadığımız performansı davam etdirsək, növbəti 3 ay çox yaxşı olacaq. Çempionlar Liqası çox vacib yarışdır. Bu kimi yarışlar  əlavə enerji və motivasiya verir. Əsas oyunçuların hamısı yerindədir.  Frank Riberinin nəyə qadir olduğunu deməyə ehtiyac yoxdu. Əgər o meydandadırsa, demək ki, hər şey inanılmaz olacaq”.

 

Qeyd edək ki, “Bavariya” Bundesliqada 22 turdan sonra 53 xal toplayıb və vahid liderdi. Münhen klubu ÇL-nin 1/8 finalında “Arsenal”ı 5:1 hesabı ilə məğlub edib.

Xəbər xətti