Riçard Almeyda millimizdə ilk məşqinə çıxdı FOTO

00:03 - 7 Mart 2017

"Qarabağ"ın futbolçusu Riçard Almeyda milli komandamızın heyətində ilk məşqinə çıxıb. 

 

Sportal.az xəbər verir ki, Qətərlə yoxlama oyunu keçirəcək yığmamız bu gün Bakıda təlim-məşq toplanışına start verib. Məşqdə Riçard Almeyda da iştirak edib. O, məşqdən sonra "Qarabağ"dakı komanda yoldaşı Qara Qarayev və "İnter"in müdafiəçisi Tərlan Quliyevlə şəkil də çəkdirib. 

 

Qeyd edək ki, yığmamızın Qətərlə oyunu martın 9-da Doha şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

 

Xəbər xətti