Məsut Özil "Bavariya"ya qarşı oynamayacaq

01:13 - 7 Mart 2017

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Bavariya" ilə qarşılaşacaq "Arsenal"ın heyətində ciddi itki var.

 

Sportal.az xəbər verir ki, "topçular" Münhen təmsilçisiylə oyunda Məsut Özilin xidmətindən yararlana bilməyəcək.  Bu barədə məlumatı London klubunun baş məşqçisi Arsen Venger verib. Belə ki, xəstələnən Amaniya millisinin üzvü hazır olmadığı üçün bu matçda forma geyə bilməyəcək.
 

Qeyd edək ki, "Arsenal" - "Bavariya" görüşü bu gün Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Xəbər xətti