"Şəmkir" yenə cəzalandı - azarkeşlərinə görə

13:48 - 7 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda birinci divizionun 18-ci turunda baş tutmuş oyunlarla bağlı qərarlar verilib.

 

“Turan Tovuz” - “Şəmkir” matçının əvvəlində qonaq klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

 

Xatırladaq ki, “Şəmkir” ötən turda, “Zaqatala”ya qarşı ev oyununda da azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün 80 manat cərimə olunmuşdu.

 

“Şərurspor” - “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində qonaqların futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Xəbər xətti