Serxio Ramos: “Barselona” mübarizəni dayandırsa, rahat yatacam”

12:12 - 8 Mart 2017

"Real" ÇL-nin 1/8 finalına "Napoli"ni ilk oyunda olduğu kimi cavab matçında da 3:1 hesabıyla məğlub edib. Qələbə sayəsində Madrid təmsilçisi 1/4 finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, "kral klub"unun heyətində ilk qolu vuran Serxio Ramos açıqlama verib. Komandanın kapitanı qələbəni belə şərh edib:

 

“1 həftə əvvəl tənqid olunmağım məni dəli etmişdi. Bu tip qollar vururam deyə, qəhrəman deyiləm. Ancaq sonda avrokuboklarda keçirdiyim 100-cü oyunumu qolla qeyd etməkdən daha gözəl nə ola bilər?”

 

“Necə qazanacağımızı bilirdik”

 

“İlk hissədə bizə çətinlik yaratdılar. Ancaq necə qalib gələcəyimizi bilirdik. İkinci hissədə hər şey asan oldu. Hər şey plana uyğun getməyə bilər, amma meydanda xarakter nümayiş etdirdik və hər şey qaydasında getdi”.

 

“Barselona” da mübarizəni dayandırsa, rahat yatacam”

 

“PSJ “Barselona”nı mübarizədən kənarlaşdırsa xoşbəxt olaram. Beləcə sabah gecə daha rahat yatacam”.

Xəbər xətti