"Beşiktaş"ın oyunu hollandiyalı hakimə tapşırıldı

14:55 - 8 Mart 2017

Avropa Liqasının 1/8 finalında keçiriləcək "Olimpiakos" - "Beşiktaş" matçının ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı Hollandiya Futbol Federasiyasından olan Danni Makkelye idarə edəcək. Ona Mario Diks və Hessel Steegstra köməklik edəcək. Dördüncü hakim funksiyasını Yan de Vries yerinə yetirəcək.

 

Qeyd edək ki, "Olimpiakos" - "Beşiktaş" görüşü sabah Bakı vaxtı ilə 00:005-də keçiriləcək.

Xəbər xətti