Qətər - Azərbaycan matçının hakim təyinatları açıqlandı

14:06 - 9 Mart 2017

Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

 

Sportal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Macarıstan Futbol Federasiyasından hakimlər idarə edəcək. Görüşün baş hakimi  Ferenk Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti