“Co Hartın seçim imkanları çoxdur”

01:01 - 10 Mart 2017

“Mançester Siti”nin “Torino”da icarə əsasında  çıxış edən qapıçısı Co Hart haqqında futbolçunun agenti danışıb.

 

Sportal.az xəbər verir ki, agent qolkiperə çoxsaylı təkliflərin gəldiyini açıqlayıb:

 

“Mançester Siti” ilə danışıqlara ehtiyac yoxdu. Co Hart üçün bütün qapılar açıqdı. Onun seçim imkanları da genişdir. Çünki o dünyanın ən yaxşı qapıçılarından biridir”.

 

Xatırladaq ki, Turin klubunun prezidenti Urbano Kayro mövsümün sonunda 29 yaşlı əlcək sahibinə transfer hüququna yiyələnmək istədiklərini bildirmişdi.

 

Qeyd edək ki, Co Hart 2016-ci ildən “Torino”da çıxış edir.

Xəbər xətti