Rauf Əliyev: "Hazırda yaxşı formadayam"

14:06 - 10 Mart 2017

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.
 
Sportal.az xəbər verir ki, Doha şəhərində keçirilmiş matçdan sonra millimizin hücumçusu Rauf Əliyev oyun haqda danışıb:

 

“Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu. Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.

Xəbər xətti