Şaban Şirdanov: "Oruc Balaşlı bombardir olsa da, ondan narazıyam" MÜSAHİBƏ

17:22 - 10 Mart 2017

Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma qonaqların 1 – 0 hesablı qələbəsiyla başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov jurnalistlərin sualarını cavablandırıb:

 

- Oyundan öncə də qeyd etmişdim ki, “Mil Muğan" maraqlı futbol oynayır. Aqil müəllim yaxşı komanda qurub. Müasir futbol oynaylrlar. Biz süni meydanda məşq etmişik, bu meydanda çətin oyun oldu. Məqsədimiz 3 xal qazanmaq idi və və buna nail olduq. Oyuna baxdıqda qələbə bizim haqqımız idi. Nəticə ədalətli oldu.

 

- Sizin istefanız gündəmdə idi. Rəhbərliyin sizə etimadından sonra komanda "qara zolaq"dan çıxdı.
- Azərbaycanda iş tapmaq çətin deyil. Mən heç kəsin yerini tutmuram. Ləyaqətlə çalışmaq istəyirəm. "Qara zolaq" deməzdim. "Turan Tovuz"la yaxşı oynamışdıq, amma fərdi səhvdən qol buraxdıq. "Şəmkir" və "Şahdağ" səfərində stadionlar bərbad idi. Ona görə xal itirdik. Musa Qurbanovla biz dostuq. Amma buna baxmayaraq, nə vaxt rəhbətlik istəsə, dəyişikliyə hazıram. Məsələn, "Qarabağ"da Dani Kintana hazırda yoxdu, komanda qələbə qazana bilmir. Bizim də iki aparıcı oyunçumuz zədəli idi.

 

- Qarşıda 7 tur qalıb. Medal qazanmaq şansınızı necə qiymətləndirirsiz?
- Bütün oyunlarda qalib gəlsək, ikinci yeri tuta bilərik. “Turan Tovuz"un oyunlarından asılı olaraq, çempionluq uğrunda da mübariə apara bilərik. Minimum hədəfimiz gümüş medallardı.

 

- Komandanız aqressiv idi, xüsusilə də Emin Mehtiyev…
- Eminə qarşı çox qayda pozuntusu oldu. O zədəli idi. Xüsusən də zədəli olan ayağına zərbələr vururdular. Aqressivliyin səbəbi budu.

 

- Komandanız adətən çox qol vururdu. Bu gün isə çətinlik çəkirdiz qol vurmaqda. Səbəb nədi?
- Kifayət qədər qol imkanlarımız oldi. Oruc Balaşlının iki qol vəziyyəti oldu. Oruc bombardir olsa da, ondan narazıyam. Çox çalışmalıdı.

 

- Oyunun sonlarında mübahisəli penalti epizodu oldu. Bəxtinizin gətirdiyini demək olar?
- Mən görmədim. Epizodu görsəydim, fikir bildirə bilərdim.

 

- Musa Qurbanov uğursuz çıxış zamanı demişdi ki, komandadan hesabat tələb edəcəm. Siz onunla birlikdə futbol oynamısız. Sizcə, bu nə dərcədə düzgündü?

- Bəli, biz Musa Qurbanovla futbol oynamışıq. Amma mən peşəkar adamam. Klub rəhbərinin baş məşqçidən hesabat istəməsi normaldı. Bir dəfə Qurban Qurbanovdan soruşmuşdular ki, niyə vida oyununuzda Şaban Şirdanov məşqçilər korpusunda yer almamışdı? O da demişdi ki, Şaban müəllim küsən, inciyən adam deyil. Bu həqiqətən də belədi.

 

- Qeyd etdiz ki, Musa Qurbanov klub rəhbəri kimi hər şeyin ən yaxşısını istəyir. Düşünmürsüz ki, ən yaxşı üçün də əla şərait yaradılmalıdı. Heyəti niyə gücləndirmirsiz?
- Qış fasiləsi ərəfəsində bizim 8 oyunluq qələbə seriyamız oldu. Düşünürəm ki, Musa Qurbanov bu heyətə gələcəkdə Premyer Liqada güvənməyi düşünür. Buna görə də radikal dəyişikliklər edilmədi. Ruslan Tağızadə isə özü getmək istədi .

 

- Belə söhbətlər gəzir ki, “Səbail” neçənci yeri tutsa da, Premyer Liqaya vəsiqə qazanacaq. Bu söz-söhbətlər sizə necə təsir edir?
- Dünən “Səbail”in penaltisi verilmədi. Bu özü sualınızın cavabıdı. Premyer Liqaya kim çıxacaqsa, heyətini gücləndirməlidi. Biz belə söz söhbətlərə fikir vermirik. Əlinmizdə olan futbolçuların səviyyəsini yüksəltmək istəyirəm.

 

- Bugünkü “Zaqatala”nı Premyer Liqanın hansı klubları ilə müqayisə edərdiz?
- Biz bu suala qışda “Kəpəz” və AZAL-la başabaş mübariə aparmaqla cavab verdik.

Xəbər xətti