Millimizin üzvünə yeni müqavilə təklifi

19:54 - 10 Mart 2017

Azəbaycan millisinin üzvü Ufuk Budak çıxış etdiyi “Manisaspor” klubu ilə yeni müqavilə imzalaya bilər.

 

Sportal.az xəbər verir ki, Manisa təmsilçisi qış transfer dönəmində tansfer etdiyi futbolçuya yeni müqavilə təklif edib.

 

Budakın “Manisaspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq. 27 yaşlı cinah müdafiəçisinin çıxışından razı olan klub rəhbərliyi onunla 3 illik yeni müqavilə imzalamaq niyyətindədir.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Budak klubdan gələn təklifə müsbət cavab verib. Əgər komanda I liqadakı yerini qoruya bilsə, futbolçu müqaviləyə imza çəkəcək.

 

Qeyd  edək ki, Ufuk Budak “Manisaspor”un heyətində 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti