Hacı Əhmədov: "Karyeramda eniş olduğunu hesab etmirəm" MÜSAHİBƏ

18:52 - 10 Mart 2017

Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Zaqatala"nın futbolçusu Hacı Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

-    Ciddi hazırlaşmışdıq. Uduzsaydıq, bir neçə pillə geriləyəcəkdik. Oyunun əhəmiyyətini bilirdik. Sona qədər mübarizə apardıq. Meydan da çox ağır idi. Sevinirik ki, qələbə qazandıq.


-    “Zaqatala”nın Premyer Liqada oynayacağı gözlənilir. Komanda buna nə dərəcədə hazırdı? Özün necə, darıxmısan yüksək liqa üçün?
-    Premyer Liqa təcrübəli oyunçularımız var.  Komandamız yaxşı heyətə malikdir. Biz də istəyirik ki yüksək dəstədə mübarizə aparaq.

 

-    “Qarabağ”ın heyətində Avropa Liqasında çıxış etmiş futbolçusan. I Divizonda oynamağı özün üçün eniş hesab etmirsən?

-    Karyeramda eniş olduğunu hesab etmirəm. Hazır ki, yerim pis deyil. Burda da maraqlı mübarizə gedir. 1-ci yerə 4-5 komanda iddialıdı. Premyer Liqa ilə müqayisə etsək, I Divizionda ab-hava pis deyil.


-    “Zaqatala” əgər yüksək Liqaya vəsiqə qazanmasa, Premyer Liqa klublarına keçəcəksən?
-    Onu zaman göstərəcək.

 

-    Premyer Liqaya vəsiqə əldə etsəz, nəyə ümid edə bilərsiz?

-    Hər bir klub kimi biz də çalışarıq. İstəyərik Avropa Liqasına vəsiqə qazanaq.

Xəbər xətti