Namiq Ələsgərov: "Bu matç bizdə özünəinamı artırdı"

00:25 - 11 Mart 2017

Qətər və Azərbaycan yığma komandaları arasında keçirilmiş yoxlama oyunundan sonra millimizin yarımmüdafiəçisi Namiq Ələsgərov qarşılaşma barədə AFFA-nın rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin futbolçusu 2:1 hesablı qələbəni belə şərh edib:

 

“Oyun həm maraqlı, həm də çətin keçdi. Almaniya ilə oyunöncəsi yaxşı təcrübə qazandıq. Meydanda bərabər səviyyədə mübarizə getdi. Hər iki komandanın real qol epizodları oldu. Bu matç bizdə özünəinamı artırdı. Almaniya ilə qarşılaşmada hansı taktiki sxemlə oynayacağımıza baş məşqçi qərar verəcək. Bizim işimiz həmin matça ciddi hazırlaşmaqdı”. 

Xəbər xətti