Samir Abasov: "Sanki, "Sumqayıt" "Sumqayıt"a qarşı oynayırdı"

20:06 - 13 Mart 2017

Azərbaycan Premyer Liqasının 22-ci turunda “İnter” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. Oyundan sonra “Sumqayıt”ın baş məşçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

-    Oyunun ikinci hissəsi bizim üçün həyəcanlı keçdi. Azı heç-heçə etmək istəyirdik. Oyunumuz alınmadı. Alınmamasında səbəb isə özümüzdədi. Sanki “Sumqayıt” “İnter”la yox, “Sumqayıt”la oynayırdı. Heyətimiz kasaddı. Ardıcıl məğlubiyyətlərdən qorxurduq. Məğlubiyyətlər gənclərə pis təsir edir. Təcrübəsizlikdən belə hallar baş verir. Əslində pis bir şey yoxdu. Qarşımıza qoyulan məqsədləri yerinə yetiririk. Sonadək mübarizə aparacağıq.


-    “Qarabağ”la oyunda 3 müdafiəçi ilə oynamışdız. Bunun səbəbi nə idi?
-    “Qarabağ”la oyunda sistemi dəyişməyimin səbəbi bu idi ki, onların çox güclü yarımmüdafiə xətti var. Onlara əngəl olmaq üçün 3 dayaq yarımmüdafiəçisi ilə oynadıq. Həm də mən göstərmək istədim ki, “Qarabağ”dan çəkinmirik. Bu gün yenidən öz sistemimizə qayıtdıq. Futboçularımız bu sistemə öyrəşib.

Xəbər xətti