Ruslan Qurbanov da "Neftçi" ilə oyunu buraxacaq

15:07 - 14 Mart 2017

“Qəbələ”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Neftçi”yə qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, buna “Neftçi”nin sabiq futbolçusunun xəstələnməsi səbəb olub. Əldə etdiyimiz məlumata görə, yüksək hərarəti olan millimizin üzvünün “Neftçi”yə qarşı oynamayacağı dəqiqləşib.

 

Qeyd edək ki, “qırmızı-qaralar”da Rəşad Sadiqov, Rasim Ramaldanov, Vitali Vernidub və Elvin Camalov zədə səbəbindən “ağ-qaralar”la oyunda baş məşqçi Roman Qriqorçukun ixtiyarında olmayacaqlar.

Xəbər xətti