Ayxan Abbasov və futbolçular məktəblilərlə görüşdü FOTOLAR

17:42 - 16 Mart 2017

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov, futbolçulardan kapitan Elvin Məmmədov, Kamal Bayramov, Yovan Krneta, Viktor İqbekoyi, Anar Nəzirov və Riçard Qadze Zirə qəsəbəsində yerləşən Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə görüş keçirib. 


Sportal.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird heyəti, həmçinin bəzi fəal azarkeşlər iştirak ediblər. Əvvəlcə çıxış edən məktəb direktoru Eldəniz Cabarov komandamızın heyətini təqdim edib. Ardından baş məşqçi Ayxan Abbasov söz alıb. Mütəxəssis yerli uşaqları futbola cəlb etmək üçün görüləcək işlərdən danışıb. Ayxan müəllim gələcəkdə istedadlı uşaqları üzə çıxarmaq və qəsəbədə futbolun təbliğatına təkan vermək məqsədi ilə məktəblilər arasında yarışların təşkil edilməsinin vacibliyini önə çəkib. Bundan sonra isə müəllim və şagirdlərlə komanda üzvləri arasında səmimi söhbət olub.

 

Məktəblilər öz istəklərini dilə gətirməklə yanaşı, qarşıdakı “Qarabağ”la oyunda "qartalar"a uğurlar arzulayaraq, stadiona gəlib dəstək olacaqlarını deyiblər.

 

 

Image may contain: 12 people, people standing

Image may contain: 5 people, people standing and suit

Image may contain: 33 people, indoor

Image may contain: 14 people, people standing

Image may contain: 5 people, people standing

 

Image may contain: one or more people, people standing, basketball court and crowdImage may contain: 4 people, people smiling, people standing

Image may contain: 4 people, people standing and sunglasses

Image may contain: 4 people, people standing

Image may contain: 3 people, phone

Image may contain: 6 people, people standing and shoes

Xəbər xətti