"Real"da ciddi itkilər

00:14 - 17 Mart 2017

İspaniya La Liqasının XXVII turunda çətin “Atletik” səfərinə yollanacaq “Real”ın heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan basklarla səfər oyununda mərkəz müdafiəçiləri Pepe və Varanın xidmətindən istifadə edə bilməyəcək. Məlumata görə, artıq hər iki zədəli futbolçunun Bilbao səfərində aparılmayacağı dəqiqləşib.

 

“Real”a yaxınlığı ilə seçilən “Marca” iddia edir ki, baş məşqçi sözügedən oyunda müdafiənin mərkəzində Serxio Ramos və Naçoya şans verəcək.

 

Qeyd edəl ki, martın 18-i keçiriləcək “Atletik” – “Real” oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Xəbər xətti